Kulinariya

Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur

24 Oktyabr 2026 07:07
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Evdə qatıq hazırlayanların ən böyük çətinliyi qatığın tez sulanması və ya soyuducuda bir neçə günə turşumasıdır. Mətbəx ustalarının illərdir sirr kimi saxladığı bu üsulla bərk, kəsdikdə dağılmayan və həftələrlə təravətini qoruyan qatıq əldə edə bilərsiniz.

Milli.Az qatığın həftələrlə sulanmasının qarşısını alan sirri təqdim edir:
1 qaşıq nişasta və ya qarğıdalı unu: Maya ilıq südə qatılmazdan əvvəl maya qarışığına 1 çay qaşığı nişasta və ya qarğıdalı unu əlavə etmək süddəki sərbəst suyu özünə çəkir. Bu, fermmentasiya zamanı qatığın durulaşmasının qarşısını tamamilə alır.

Qatığın turşumasının qarşısını necə almalı?
Qaya duzu müalicəsi: Qatığın tez turşumasından şikayətlənənlər üçün həll yolu qaya duzudur. Maya qarışığına bıçağın ucunda (və ya çay qaşığının ucu ilə) qaya duzu katmaq faydalı bakteriyaların həddindən artıq sürətlə çoxalmasının qarşısını alır. Beləliklə, qatıq soyuducuda həftələrlə qalsa da, ilk gündəki şirinliyini saxlayır.

İdeal qatılıq üçün 3 vacib qayda:
Süd barmağı yandırmayan, lakin istiliyini hiss etdirən dərəcədə (təxminən 45°C) olarkən maya əlavə edilməlidir.

Mayalanma bitdikdən sonra qazanın qapağını bağlamazdan öncə üzərinə təmiz tənzif (tülbənd) və ya mətbəx salfeti sərilsə, buxarlanan su təkrar qatığın üzərinə damlamaz.

Mayalanan qatığı soyuducuda ən azı 1 gecə heç qaşıq vurmadan saxlamaq daş kimi bərk konsistensiya almağın son nöqtəsidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.