Dünya

ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?

23 Oktyabr 2026 17:17
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ İranın nüvə proqramı ilə bağlı əhəmiyyətli razılaşma əldə olunana qədər müharibəni davam etdirmək niyyətindədir.

Milli.Az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İran limanlarına tətbiq olunan blokadanı və iqtisadi təzyiqləri davam etdirə, həmçinin ölkənin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə ləğvinə çalışa bilər.

Uolts münaqişənin bir ildən sonra da davam edə biləcəyini istisna etməyib. Bununla belə, o, İranın daha tez ciddi danışıqlara başlayacağına ümid etdiyini bildirib.

"Financial Times"ın məlumatına görə, Donald Tramp və Benyamin Netanyahu arasında noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hücumların bərpası məsələsi də müzakirə olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.