Maraqlı

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

24 Oktyabr 2026 03:03
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ütünün altında toplanan yanmış liflər və buxar dəliklərini tutan kirəc çöküntüləri yanlış təmizləmə üsulları səbəbindən ütü səthinin cızılmasına yol açır. Bu da ütünün paltar üzərində sürüşməsini çətinləşdirir və geyimləri yandırma riskini artırır.

Milli.Az xəbər verir ki, təmizləməyə başlamazdan əvvəl ütünü cərəyandan ayırın və tam soyumasını gözləyin.

Yüngül kirlər üçün: İlıq su ilə isladılmış yumşaq mikrofiber dəsmal və bir az maye qab-yuyan derman kifayətdir. Siləndən sonra səthi nəm dəsmalla durulayıb qurulayın.

Adi üsullarla getməyən inaddan ləkələr üçün ütü səthinə uyğun xüsusi təmizləyici vasitələrdən istifadə olunmalıdır.

Qətiyyən istifadə olunmamalı olan vasitələr:
Metal və itiuclu alətlər: Bıçaq, ülgüc, metal süngər, iynə və ya məftil teflon/seramik qoruyucu təbəqəni korlayır.

Aşındırıcı tozlar: Səthi cızan duz və qabartma tozu (soda) kimi dənəvər maddələrdən imtina edilməlidir.

Sirkə: Cihazın daxili mexanizminə zərər vurduğu üçün sirkədən istifadə olunmamalıdır.

Dəliklərin təmizlənməsi: Buxar kanallarındakı tıxanmaları iynə ilə deşmək əvəzinə cihazın özünü təmizləmə (self-clean) funksiyasını işə salmaq lazımdır.

Yanıqların qarşısını almaq üçün ütünün temperaturunu parçanın sintetik tərkibinə görə tənzimləyin. Səth təmiz olduğu halda paltarda ləkə qalırsa, kirəclənmə cihazın daxili buxar çənində baş verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.