Hadisə

Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı

23 Oktyabr 2026 16:22
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan əsilli rusiyalı müğənni Coniyə (Cahid Hüseynli) nadir irsi xəstəlik - Aralıq dənizi qızdırması diaqnozu qoyulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.

"Genetik test 30 yaşlı Hüseynlidə yüksək hərarət, əzələ, oynaq və qarın ağrısı tutmalarına səbəb olan genetik Aralıq dənizi qızdırması xəstəliyini aşkar edib. Orqanizm infeksiya olmadığı halda belə, yalançı iltihabi tutmalar yaradır. Xəstəlik ən çox Aralıq dənizi regionu və Cənubi Qafqaz sakinləri arasında yayılıb. Təxminən hər 500-1000 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Müğənni müalicəyə başlayıb. Əvvəlcə vəziyyəti yaxşılaşsa da, sonradan səhhəti yenidən pisləşib. Hazırda həkimlər Hüseynlini ev şəraitində müalicə edirlər", - məlumatda deyilib.

Coninin nümayəndələri isə kanala açıqlamalarında onun səhhətində heç bir problem olmadığını bildiriblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.