Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "EXPO 2030 Ər-Riyad" dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin "EXPO 2030 Ər-Riyad" üzrə baş komissarı Anar Ələkbərov arasında keçirilən görüşdə Azərbaycanın bu beynəlxalq layihədə iştirakına dair müqavilə imzalanıb.
Müqavilənin imzalanması Azərbaycanın sərgidə iştirakına hazırlıq prosesində mühüm addım hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ölkəmizin "EXPO 2030 Ər-Riyad" üzrə baş komissarı Anar Ələkbərov dünya sərgisində iştiraka dair müqavilənin Bakıda imzalanmasına diqqət çəkərək bildirib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu münasibətlər siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində davamlı inkişaf edir. "EXPO 2030 Ər-Riyad" sərgisində iştirakımız bu tərəfdaşlığın əhəmiyyətini və Səudiyyə Ərəbistanının bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinə dəstəyimizi nümayiş etdirir.
Qeyd olunub ki, Azərbaycan pavilyonu ölkəmizin zəngin irsini, mədəniyyətini və gələcəyə baxışını dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərə təqdim edərək xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirməyə xidmət göstərəcək.
"EXPO 2030 Ər-Riyad"ın baş icraçı direktoru Talal Əl-Mərri bildirib ki, sərgidəbeynəlxalq iştirak getdikcə genişlənir. İştirakını təsdiqləyən ölkələr artıq pavilyonlarının hazırlanması və ziyarətçilər üçün təqdim olunacaq proqramların planlaşdırılması istiqamətində fəal iş aparır. Azərbaycanın sərgidə iştirakına dair müqavilənin imzalaması da bu prosesdə mühüm bir mərhələdir. Onun sözlərinə görə, "EXPO 2030 Ər-Riyad" ölkələri və xalqları bir araya gətirərək fikir mübadiləsini təşviq edəcək, əməkdaşlığı genişləndirəcək və ortaq gələcəyimizin formalaşmasına töhfə verən yeni tərəfdaşlıqların qurulmasına şərait yaradacaq.
Qeyd edək ki, Ər-Riyadda EXPO dünya sərgisi 2030-cu il oktyabrın 1-dən 2031-ci il martın 21-dək davam edəcək. Hazırda "EXPO 2030 Ər-Riyad" sərgisinə hazırlıq prosesi çərçivəsində ərazinin hazırlanması, ilkin infrastrukturun yaradılması üzrə işlər həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
Yağış bu tarixədək davam edəcək
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
XƏBƏR LENTİ
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
-
Tom Skeritt vəfat etdi
-
Arda Gülərin təyyarədə təraş olması müzakirə yaratdı: “Güc sərxoşluğudur?” - (Video)
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
Ofelya Şabanova efirdə ingiliscə danışdı (Video)
-
Cəlilabadda açıq ərazidə yanğın başladı
-
Türkiyədə mədəndə partlayış: 3 ölü, 5 yaralı var - (Yenilənib/Video)





