Mədəniyyət

Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)

23 Oktyabr 2026 15:02
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

"Yadıma sən düşürsən" adlı musiqi gecəsində Azərbaycanın tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarından ibarət konsert proqramı ilə çıxış edib.

Konsert proqramı Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunub.

Musiqi gecəsində konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov görkəmli bəstəkar Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, bəstəkarın milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.

Konsert boyunca Ramil Qasımovun ifasında səslənən mahnı və romanslar dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəstəkarın zəngin musiqi irsini bir daha sənətsevərlərə təqdim edən gecə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Konsert proqramı gurultulu alqışlarla başa çatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.