Cəmiyyət

Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar

23 Oktyabr 2026 17:24
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Bu barədə Milli.Az-a DİM-dən məlumat verilib.

Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.

Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar "Abituriyent" jurnalının 1-ci sayında dərc ediləcəkdir.

Kimya və fizika fənni üzrə seminarlarda I və IV ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları müzakirə edilib. Kimya fənnindən "Qeyri-üzvi kimya", fizika fənnindən "Molekulyar fizika" və "Elektrodinamika" bölmələrinə aid mövzular müzakirə edilib.

Coğrafiya fənni üzrə seminarda isə II və III (TC altqrupu) ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının "Hidrosfer", "Quru suları", "Biosfer", "Dünyanın siyasi xəritəsi", "Əhali" bölmələrinə aid mövzuların müzakirəsi aparılıb.

Riyaziyyat fənnindən seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının "Həqiqi ədədlər", "Kompleks ədədlər", "Nisbət, Tənasüb, Faiz", "Rasional ifadələr" bölmələrinə baxılıb və müzakirələr aparılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.