Türkiyə

Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı

23 Oktyabr 2026 18:10
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Dəyanət Vəqfinin rəhbəri İzani Turan vəzifəsindən azad olunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Turanla yanaşı onun iki müavini - Rəcəb Balkan və Fatih Kayacan da işdən çıxarılıb.

Bildirilib ki, sözügedən şəxslər Qəzza üçün toplanan ianələrin birja fondlarına yatırıldığı iddialarından sonra postlarından azad olunublar.

Sözügedən iddialara görə, vəqf həmin ianələri birja fondlarına yatırdıqdan sonra təqribən 48 faiz həcmində zərərlə üzləşib.

Məsələ ilə bağlı vəqf daxilində araşdırmalar davam etdirilir. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.