İdman

Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"

22 Oktyabr 2026 16:32
Baxış: 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə yığmasının yeni baş məşqçisi Sergen Yalçın vəzifəsinin icrasına başlaması ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis milli komandada yeni səhifə açmaq və azarkeşlərin etimadını qazanmaq istədiyini bildirib.

Yalçın ona bu məsuliyyətin həvalə edilməsinə görə Türkiyə Futbol Federasiyasına təşəkkür edib. O, yığmaya rəhbərlik etməsini karyerasının ən önəmli hadisələrindən biri hesab etdiyini vurğulayıb.

Baş məşqçi komandanın uğuru üçün futbol ictimaiyyətinin dəstəyini vacib sayır. Onun sözlərinə görə, əsas məqsədlərdən biri azarkeşlərin milli komandaya marağını artırmaq və insanları yenidən yığmanın ətrafında birləşdirməkdir.

"Mən xalqın baş məşqçisiyəm. Milli komandanın ruhunu ön plana çıxaracağıq. Bu işdə hər kəsin dəstəyinə ehtiyacımız var. İnanıram ki, xalqımız yenidən millinin arxasında dayanacaq", - deyə Sergen Yalçın qeyd edib.

Mütəxəssis qarşıdakı mərhələnin asan keçməyəcəyini də diqqətə çatdırıb. O, Avropa və dünya çempionatlarına hazırlığın məsuliyyətini dərk etdiklərini və komanda şəklində qarşıya qoyulan məqsədlərə çatmağa çalışacaqlarını bildirib.

Qeyd edək ki, Sergen Yalçın Türkiyə milli komandası ilə dördillik müqavilə imzalayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.