Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp dövlət proqramları çərçivəsində dələduzluq sxemlərinin ifşa olunmasına kömək edən vətəndaşlar üçün mükafatlandırma proqramının başladığını elan edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ liderinin çıxışının videoyazısını "Fox News" telekanalı yayımlayıb.
"Dələduzluq halları barədə məlumat verən şəxslər üçün mükafatlandırma proqramının başladığını elan etməkdən məmnunam. (...) Əgər kiminsə barəsində məlumat versəniz və, məsələn, 1 milyard dollar aşkar etsəniz, sizə 1 faiz məbləğində komissiya ödəyəcəyik", - deyə prezident Oval kabinetdə jurnalistlərə bildirib.
Tramp əlavə edib ki, ödənişlərin həyata keçirilməsi barədə qərarı şəxsən özü verəcək. Yeni proqram çərçivəsində mükafat alan ilk şəxs 24 yaşlı bloqer Nik Şirli olub. Şirli "YouTube" platformasında yayımladığı videoda iddia edib ki, Minnesota ştatında Somalidən olan miqrantların yaratdığı bir sıra uşaq baxım mərkəzləri əslində yalnız kağız üzərində mövcuddur, lakin federal büdcədən vəsait almağa davam edir. Bir sıra rəsmi şəxslərin sözlərinə görə, sonradan məhz Şirlinin videosu ştatın maliyyələşdirilməsinin azaldılması üçün əsas olub.
ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, mükafatların məbləği 10 min dollardan 30 min dollaradək olacaq. Proqramın maliyyələşdirilməsi üçün ümumilikdə 25 milyon dollar ayrılması planlaşdırılır.
Xatırladaq ki, ABŞ-də tətbiq olunmazdan öncə, Azərbaycanın Milli Məclisində müəyyən fərqlərlə analoji prinsipləri özündə ehtiva edən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihədə məlumat verən şəxslər üçün maddi həvəsləndirmə mexanizmi də müəyyən edilir. Verilmiş məlumat öz təsdiqini tapdıqda həmin şəxsə təşkilatın büdcəsi hesabına təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək. Mükafat məlumatın təsdiqlənməsi barədə məlumat verən şəxsə bildirildiyi tarixdən 10 iş günü ərzində verilməlidir.
Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Məbləğ müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlakdan və ya pul vəsaitindən əldə olunan, yaxud dövlət büdcəsinə ödənilməsi təmin edilmiş məbləğin və ya dövlətə ödənilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
XƏBƏR LENTİ
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
-
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
-
Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir





