Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə əxlaqsız məzmunların yayılması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən müğənni Tuğba Ekinci ilk dəfə açıqlama verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, vəkili vasitəsilə ictimaiyyətə müraciət edən sənətçi barəsində irəli sürülən ittihamları rədd edib.
Kızılcahamam Respublika Baş Prokurorluğunun koordinasiyası ilə beş vilayətdə keçirilən əməliyyat zamanı saxlanılan Ekinci Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi əsasında həbs olunub. Müğənni bildirib ki, istintaqa səbəb olan bikinili görüntülərini şəxsi "Instagram" hesabının hekayə bölməsində paylaşıb. Onun sözlərinə görə, həmin videolarda evində idman edib və görüntülərin nümayişkaranə xarakter daşıması barədə iddialar əsassızdır.
Ekinci videonun bəzi hissələrinin kontekstdən çıxarıldığını, həmin paylaşımlardan heç bir maddi gəlir əldə etmədiyini vurğulayıb.
"20 ildən artıqdır ki, sənət fəaliyyətimi şərəflə davam etdirirəm. İndi isə kontekstdən çıxarılaraq yayılan bikinili video səbəbindən, heç bir konkret sübut olmadan həbsdəyəm. Bu ölkədə gözəl olmaq cinayətdirmi? Heç bir ödənişli abunə hesabım yoxdur, heç kimdən bir qəpik belə almamışam. Heç kim mənim namusuma ləkə gətirə bilməz", - müğənni bildirib.
Sənətçi 80 yaşlı anasının baş verənlərdən ciddi şəkildə təsirləndiyini də qeyd edib.
Ekinci Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ədliyyə nazirinə və məhkəmə orqanlarına müraciət edərək məsələnin tezliklə aydınlaşdırılacağına inandığını bildirib.
Qeyd edək ki, Türkiyənin tanınmış pop müğənnisi və aktrisası Tuğba Ekinçi ata tərəfdən əslən Azərbaycanın Gəncə şəhərindəndir. 1977-ci il iyunun 9-da anadan olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Türk aktrisa 11 il sonra ilk dəfə ana oldu - (Foto)
-
"Sənətdə mənə ilk xeyir-duanı Röya Ayxan verib" - (Video)
XƏBƏR LENTİ
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Qazaxıstandan deportasiya edilən Navai konsertə hazırlaşır
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı





