Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana qripə qarşı vaksinlər gətirilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur.
Məlumata görə, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirilib.
Azərbaycan Respublikası səhiyyə nazirinin "2026-2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə" əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya 2026-cı il oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.
"Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir.
Mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir.
Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır", - deyə məlumatda qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
XƏBƏR LENTİ
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Qazaxıstandan deportasiya edilən Navai konsertə hazırlaşır
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı





