Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 24-də Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən "İki baxış. Bir dünya" sərgisinin açılışı keçiriləcək. Bu barədə təşkilatçıların məlumatında bildirilir.
İki rəssam. İki özünəməxsus bədii dil. Bir ortaq dünya. Eyni dünya iki fərqli rəssamın gözü ilə necə görünür? Reallıq yaddaşın, hisslərin, təxəyyülün və şəxsi təcrübənin təsiri altında necə dəyişir?
Sərgi bədii irslə fərdi yaradıcılıq ifadəsi arasındakı dialoqu araşdırır. İki rəssam arasındakı əlaqə onların eyni sərgidə iştirak etməsindən daha dərin məna daşıyır. Ustad və şagird münasibətləri ilə bağlı olan Elşən Karaca və Namiq Məmmədov ortaq bədii ənənəyə müraciət etsələr də, özünəməxsus yaradıcılıq üslublarına malik iki sənətkar kimi çıxış edirlər. Bu varislik təkrara deyil, əksinə, fərdi yaradıcılıq ifadəsinin inkişafına yol açır. Onların yaradıcılıq dialoqu bədii irsin yeni baxışlara və müstəqil yaradıcılıq axtarışlarına necə ilham verə biləcəyini nümayiş etdirir.
Buta Gallery-nin təsisçisi və direktoru Zərifə Əsədova qeyd edib ki, "İki baxış. Bir dünya" sərgisi sadəcə iki bədii yanaşmanın görüşü deyil.
"Sərgi həmçinin qavrayışın mahiyyəti haqqında düşünməyə dəvət edir: şəxsi təcrübənin gördüklərimizə necə təsir göstərməsi, yaddaşın xatirələrimizi necə dəyişdirməsi və təxəyyülün ətrafımızdakı dünyaya necə yeni mənalar qazandırması haqqında. Adi ilə gözlənilməzin, hərəkətlə sükutun, xarici dünya ilə daxili məkanın kəsişməsində sərgi tamaşaçını reallığa yeni nəzərlə baxmağa və onu müxtəlif tərəflərdən qavramağın mümkünlüyünü kəşf etməyə dəvət edir", - deyə Zərifə Əsədova bildirib.
Buta Gallery üçün bu sərgi Azərbaycan bədii irsi ilə müasir baxışlar arasında dialoq yaratmağa yönəlmiş ardıcıl fəaliyyətin davamıdır. Uzun illərdir ki, qalereya Azərbaycan incəsənətinin qorunması, təqdimatı və təbliği ilə məşğul olur, müxtəlif nəsillərin, bədii yanaşmaların və fərdi baxışların bir araya gəldiyi məkan yaradır.
"İki baxış. Bir dünya" sərgisində bu missiya xüsusi məna kəsb edir: ortaq yaradıcılıq ənənəsinə söykənən iki özünəməxsus sənətkarın yaradıcılığını bir araya gətirən ekspozisiya bədii irsin fərdi ifadə vasitəsilə necə inkişaf edə və yeni mənalar qazana biləcəyini göstərir.
Sərgi noyabrın 24-dək davam edəcək. Giriş sərbəstdir.
Məkan: Buta Gallery - Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 28.
Instagram: https://www.instagram.com/butagallery?vrfl=MW5tbzhrMWs0azBmcg%3D%3D
Veb-sayt: www.butagallery.com
İnformasiya dəstəyi -Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı





