Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Milli.Az xəbər verir ki, araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.
Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.
Araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
-
Trampın elçisi Rusiyaya getdi
-
Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı
-
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
-
Türk aktrisa 11 il sonra ilk dəfə ana oldu - (Foto)
-
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
-
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
-
Bank VTB (Azərbaycan) 70 yaşadək təqaüdçülərə 100 000 manatadək nağd kredit təklif edir
-
Mariya Şarapova Bakıya gəlir
-
Azərbaycanda yağ kəskin bahalaşdı
-
Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər
-
Qar artıq bu ərazilərə yağıb - Faktiki hava
-
Bakıda yaşayış evində saxta alkoqollu içkilər hazırlanırmış





