Dünya

Ölüm hökmü 8 illik fasilədən sonra bərpa edildi - Bu ölkədə

21 Oktyabr 2026 09:22
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Burkina Fasoda ölüm hökmü səkkiz illik fasilədən sonra yenidən cinayət məcəlləsinə daxil edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Radio Omega" məlumat yayıb.

Bildirilib ki, ölkənin Milli Qanunvericilik Assambleyasının üzvləri ölüm hökmünün bərpasına yekdilliklə səs veriblər.

Ədliyyə naziri Edasso Rodrige Bayalanın sözlərinə görə, qərar ictimai asayişin möhkəmləndirilməsi, vətəndaşların və onların əmlakının qorunması məqsədi daşıyır.

Nazir qeyd edib ki, ölüm hökmü terror fəaliyyəti, dövlətə xəyanət və müharibə cinayətlərində təqsirli bilinən şəxslərə tətbiq olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.