Cəmiyyət

Bakının 3 rayonunda işıq olmayacaq

21 Oktyabr 2026 09:11
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Təmir işləri ilə əlaqədar oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə qeyd olunan rayonlarda Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.

Yasamalda Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Binəqədidə TM-də yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.