İqtisadiyyat

Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)

21 Oktyabr 2026 00:12
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son bir həftə ərzində dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov bildirib ki, bu fasiləsiz müşahidə olunan haldır. Amma son dövrlər və xüsusilə də son bir həftə ərzində dövlət qurumlarına və onların informasiya ehtiyatlarına, informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik.

Xidmət rəisi bildirib ki,  Azərbaycanda dövlət qurumlarına qarşı kiberhücumlar zamanı aşkarlanan təhlükə indikatorları maliyyə sektoru ilə də paylaşılır. 

Nadir Novruzov bildirib ki, məqsəd bankların mümkün kiberhücumlara qarşı qabaqlayıcı tədbirlər görməsinə şərait yaratmaqdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.