Bakıda güclü qar, şaxta… - Hazırlıqlar başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyata keçirir. Proses üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 1545 000 manat təşkil edir.
Qarşıdakı qış mövsümündə Azərbaycanda, xüsusilə Bakıda hava şəraiti necə olacaq? Paytaxtda güclü qar yağması və yolların buz bağlaması ehtimalı nə qədərdir?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova qış mövsümünə qabaqcadan hazırlaşmaq zəruridir deyib.
"Çünki hava şəraitinin qəfil dəyişməsi, temperaturun sıfırdan aşağı düşməsi, yolların, körpülərin və yol ötürücülərinin buz bağlaması nəqliyyatın hərəkətində ciddi çətinliklər yarada bilər. Xüsusilə intensiv nəqliyyat axınına malik Bakıda belə halların qarşısının alınması insanların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdan gələn qışda Azərbaycanda, xüsusilə paytaxtda güclü qar yağacağı və kəskin şaxtaların müşahidə ediləcəyi barədə əvvəlcədən qəti fikir söyləmək düzgün olmaz.
Mövsümi hava proqnozları ümumi tendensiyaları göstərsə də, konkret ərazilərdə qarın intensivliyini və buzlanmanın müddətini uzun müddət əvvəldən dəqiqliklə müəyyənləşdirmək mümkünsüzdür. Buna görə də texniki duz ehtiyatının yaradılmasını mütləq şəkildə sərt qış gözləntisi ilə əlaqələndirmək olmaz. Bu, eyni zamanda, mümkün risklərə qarşı qabaqlayıcı tədbirdir. Bakının qış mövsümünə hazırlığı məsuliyyətli yanaşma tələb edir. Burda məqsəd yalnız qar yağanda yolları təmizləmək deyil, mümkün buzlanma risklərini əvvəlcədən azaltmaqdır".
Ekoloq bildirib ki, satınalmaya ayrılan vəsaitin həcmi ayrıca diqqət tələb edir:
"Əgər əvvəlki mövsümlə müqayisədə eyni miqdarda texniki duzun alınması üçün nəzərdə tutulan məbləğdə ciddi fərq yaranıbsa, bu artımın səbəbləri aydın şəkildə izah edilməlidir. Bunun üçün satınalmanın şərtləri, texniki tələblər, bazar qiymətləri, daşınma və digər mümkün xərclər müqayisəli şəkildə araşdırılmalıdır. Digər mühüm məsələ alınacaq duzun miqdarının real ehtiyaclara uyğun müəyyənləşdirilməsidir. Ötən mövsümdən qalan ehtiyatların olub-olmaması, duzun hansı ərazilərdə və hansı həcmdə istifadə ediləcəyi, saxlanma şəraiti və sərfiyyata nəzarət mexanizmləri də nəzərə alınmalıdır. Çünki qışa hazırlıq yalnız lazımi materialın alınması ilə bitmir, həmin materialın düzgün bölüşdürülməsi və vaxtında tətbiqi də vacibdir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zeytun festivalı start götürür - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
"Sənətdə mənə ilk xeyir-duanı Röya Ayxan verib" - (Video)
-
Vətən Müharibəsi Qəhrəmanına yeni rütbə verildi - (Foto)
-
Bakıda bu ərazi "Zoopark”a bənzədildi: Tülkü, kirpi və qurbağa bir arada – (Video)
-
Lerikdə qızıl axtaran şəxslər polisdən qaçdı - Biri qayalıqdan yıxılıb öldü
-
Qızılın qiyməti 4136 dollara düşdü
-
Bakıda mənzildə yanğın - Sakinlər təxliyə olundu - (Video)
-
Masazırda ölümlə nəticələnən qəza baş verib
-
Gənclikdə yox, yaşlandıqca varlanacaq 4 bürc
-
Bakıda güclü qar, şaxta… - Hazırlıqlar başladı
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Bu sürücüləri 800 manat cərimə gözləyir - (Video)
-
Ölüm hökmü 8 illik fasilədən sonra bərpa edildi - Bu ölkədə
-
"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - (Video)
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
PSJ "Barselona"ya qalib gəldi, "Liverpul" və "Mançester Siti"dən qələbə





