Bu məhsulların qiyməti bahalaşdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı Tikinti İndeksi 110.2 bənd təşkil edib.
Palatadan Milli.Az-a bildirilib ki, 2025-ci ilin dekabr ayının 100 bəndlik baza səviyyəsi ilə müqayisədə bu, tikinti xərclərinin 10.2% artması deməkdir.
Avqustla müqayisədə isə indeks dəyişməyib.
Palatanın hesablamalarına görə, avqustda qeydə alınan 3.1%-lik aylıq artımdan sonra tikinti bazarında qiymətlər sabitləşib.
İndeksin hesablanmasında istifadə olunan müqayisə mövqelərinin heç birində sentyabrda qiymət dəyişikliyi baş verməyib.
Belə ki, avqustda bahalaşaraq 35 manata çatan çınqıl (şeben) və xır (atsep) üzrə qiymətlər əvvəlki səviyyədə qalıb.
Taxtanın kubmetrinin qiyməti 380 manat, tamet işinin bir kvadratmetrinin qiyməti 8 manat təşkil edib.
Ekskavatorun günlük icarəsi 300 manat, kranın 250 manat, beton nasosunun isə 200 manat səviyyəsində dəyişməz qalıb. Dekabr 2025-ci ildən bəri tikinti xərclərinin artımının əsas hissəsi materialların payına düşüb. İndeksdəki 10.2 bəndlik yüksəlişin 8.2 bəndi, yaxud 81%-i tikinti materialları ilə bağlıdır.
Əməkhaqqının töhfəsi 1.6 bənd, maşın-mexanizmlərin payı isə 0.4 bənd olub. Bu, tikinti maya dəyərinin artımında əsas amilin material qiymətləri olduğunu göstərir.
AQP-nin sentyabr ayı üzrə bazar monitorinqinə əsasən, armaturun bir tonunun qiyməti 1 100-1 300 manat, M200-M400 markalı betonun kubmetri 85-105 manat, sementin kisəsi 7-9 manat, qumun tonu isə 25 manat olub.
Fəhlənin günlük əməkhaqqı 50-80 manat, ustanın əməkhaqqı isə 100 manat səviyyəsində qeydə alınıb. Bu qiymətlər indeksin hesablanmasında istifadə olunan müqayisə səbətinə daxil olmadığından aylıq dəyişiklikləri indeksə təsir etmir.
Palatanın hesablamasına görə, 16 mərtəbəli, ümumi sahəsi 10 min kvadratmetr olan yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan tikinti maya dəyəri sentyabrda bir kvadratmetr üçün 409.3 manat təşkil edib. Bu göstərici avqust səviyyəsində qalıb. Materiallar və digər birbaşa xərclər 167.8 manat, əməkhaqqı 94.5 manat, maşın-mexanizmlər üzrə xərclər isə 10.2 manat olub.
Podratçı, developer, layihə və ekspertiza xərcləri daxil edildikdə göstərici 409.3 manata çatıb.
Liftlər, tam mühəndis sistemləri, ƏDV, maliyyələşdirmə, kommunal qoşulma haqları və torpaq dəyəri nəzərə alınmaqla, müasir yaşayış kompleksinin tam hazır vəziyyətdə tikintisi üçün indikativ xərc təxminən 850 manat/kvadratmetr səviyyəsində qiymətləndirilir.
Tikinti xərclərinin artımı ümumi istehlak qiymətlərinin dinamikasını üstələyib. Sentyabrda illik inflyasiya 5.5% təşkil etdiyi halda, tikinti indeksi ilin əvvəlindən 10.2% yüksəlib.
Eyni zamanda, 2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12.68 milyard manat investisiya yönəldilib ki, bu da real ifadədə 10% artım deməkdir.
İnvestisiya fəallığı material qiymətlərinin aşağı düşməsini məhdudlaşdıran amillərdən biri kimi qiymətləndirilir. İndeks sabit çəkili kompozit metodologiya əsasında hesablanır. Tikinti materiallarının çəkisi 65%, əməkhaqqının 25%, maşın-mexanizmlərin isə 10%-dir.
AQP-nin məlumatına görə, dekabr 2025-ci ilin qiymətləri ilə hesablanmış tikinti xərclərini sentyabr səviyyəsinə uyğunlaşdırmaq üçün 1.102 əmsalından istifadə edilə bilər.
Palata payız aylarında qiymətlərin avqust səviyyəsində qalacağını gözləyir, inflyasiyanın material bazarına ötürülməsini isə əsas risklərdən biri hesab edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
XƏBƏR LENTİ
-
Nəsimi Musayevin saxlanılma anı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib
-
Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi





