Hadisə

Trampın elçisi Rusiyaya getdi

21 Oktyabr 2026 12:27
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bugün səhər saatlarında Sankt-Peterburqa səfər edib.

Bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata görə, hava limanında onu Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Onun yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi və Ukrayna münaqişəsi daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Stiv Uitkoffun gəlişindən bir müddət Sankt-Peterburqun Pulkovo hava limanında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Hazırda hava limanı müvafiq qurumlarla razılaşdırılmaqla uçuşları qəbul edir və yola salır. Bildirilib ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə görülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.