Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq.
Milli.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Qaydalara əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq. Yəni, onların sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.
Deputat qeyd edib ki, hazırda, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əmək haqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir:
"Sadə misal ilə izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni, fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144= 590.2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590.2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə: Aylıq pensiya məbləği = 590.2 manat + sabit əlavə".
V.Bayramov nəzərə çatdırıb ki, yeni qaydalar ilə pensiya ve pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək:
"Yəni, həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək".
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
-
Anar Bayramov səhiyyə naziri təyin edildi
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
-
Maqsud Babayev vəfat etdi
-
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək öldü
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)
-
Zeytun Festivalının konsert proqramı açıqlanıb
-
Tyerri Anri: "Arda Gülər sadəcə dahidir”
-
Hərbçimiz ürəyindən əməliyyat olundu - (Video)
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
-
Fransadan sonra İtaliya da qarışdı: Milanda kütləvi iğtişaşlar
-
Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə - (Video)
-
Bakıda uşağın burnundan 2 il sonra gilas tumu çıxarıldı - (Video)
-
Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)
-
DYP sürücülərə müraciət etdi
-
Bu şəxslərin maaşları artacaq - (Video)
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Orxan Şabanovun ölümünə görə 2 nəfər həbs edildi
-
Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"
-
Neft yenidən ucuzlaşdı





