Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların zonaya nəqliyyat əlçatanlığını yaxşılaşdırmaqdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin dəstəyi ilə hazırlanmış "Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı hesabatda deyilir.
Hesabat müəllifləri qeyd edirlər ki, Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi inkişafı, investisiyaların cəlb edilməsi və yeni biznes imkanlarının yaradılması baxımından müsbət və strateji əhəmiyyətli addımdır. Bununla yanaşı, sənəddə vurğulanır ki, zonanın potensialından tam istifadə etmək və uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək üçün bir sıra mühüm amillər nəzərə alınmalıdır.
"Belə amillərdən biri investorlar, işçilər və müəssisələr üçün zonanın nəqliyyat əlçatanlığının təmin edilməsidir. Beynəlxalq təcrübə göstərir ki, əlverişli coğrafi mövqe ilə yanaşı, iri şəhər mərkəzləri və nəqliyyat qovşaqları ilə səmərəli nəqliyyat əlaqələri xüsusi iqtisadi zonaların rəqabət qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Ələt Bakı şəhər mərkəzindən təxminən 65 kilometr məsafədə yerləşir və hazırda paytaxtın mərkəzi ilə metro, bərə və ya şəhərətrafı sərnişin dəmir yolu nəqliyyatı vasitəsilə birbaşa əlaqəyə malik deyil. Bununla belə, Ələt Azad İqtisadi Zonasının uğurlu fəaliyyəti və uzunmüddətli inkişafı böyük ölçüdə investorlar, işçilər və müəssisələr üçün nəqliyyat əlçatanlığının təmin edilməsindən asılıdır.
Bu baxımdan, Bakı Mərkəzi Dəmir Yolu Vağzalından cəmi 7 kilometr məsafədə yerləşən "Abşeron" stansiyası ilə dəmir yolu əlaqəsinin yaradılması, daha sonra isə mövcud Hövsan-Ələt dəmir yolu xəttinin sərnişindaşıma məqsədilə inkişaf etdirilməsi Ələtin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər", - deyə hesabatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 may 2020-ci il tarixli fərmanı ilə yaradılan Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.
Zona innovativ texnologiyalar tətbiq edən, fəaliyyətində ən yaxşı beynəlxalq standartlara uyğun yanaşmalardan istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü məhsullar istehsal edən investorların cəlb edilməsinə yönəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Balıq bazarında qiymətlər dəyişdi: Çəki balığı 4 manata təklif olunur
-
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
-
Şəkinin 300 illik kəlağayısı: Tarixin ipək izi - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
XƏBƏR LENTİ
-
Sergen Yalçın: “Yığmaya hücumçunu "İnstaqram"dan tapacağam"
-
Balıq bazarında qiymətlər dəyişdi: Çəki balığı 4 manata təklif olunur
-
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir
-
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
-
“Borussiya” “Qarabağ”a təşəkkür etdi - (Foto)
-
Şəkinin 300 illik kəlağayısı: Tarixin ipək izi - (Foto)
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Qazaxıstandan deportasiya edilən Navai konsertə hazırlaşır
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək - (Foto)
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu





