“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
99-cu "Oskar" müfakatlandırma mərasimində Azərbaycanı rejissor Zaur Qasımlının "Tağıyev: Məktəb" (Taghiyev: School) filmi təmsil edəcək. Film "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyasında irəli sürülüb.
Bu barədə Azərbaycan filmlərinin "Oskar" mükafatına təqdim edilməsi üzrə komissiyanın sədri, rejissor Şamil Əliyev Trend-ə bildirib.
Film azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından, eləcə də onun XX əsrin əvvəllərində müsəlman qızlar üçün məktəb açmaq uğrunda səylərindən bəhs edir. Tarixi dram Azərbaycanın görkəmli xeyriyyəçisinin həyatı və fəaliyyəti haqqında genişmiqyaslı kino layihəsinin davamıdır.
Layihənin əvvəlki hissəsi olan "Tağıyev: Neft" (Taghiyev: Oil) filmi də ötən il "Oskar" uğrunda mübarizədə Azərbaycanı təmsil edib.
Bu il "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyasında iştirakçıların sayı rekord həddə çatıb. Belə ki, Amerika Kino Akademiyasının üzvlərinin nəzərdən keçirməsi üçün dünyanın müxtəlif ölkələrindən 105 film təqdim olunub. Əvvəlki rekord 93 filmlə 2020-ci ildə qeydə alınıb.
İlkin səsvermə mərhələsinin dekabrın 7-dən 11-dək keçirilməsi planlaşdırılır. Qısa siyahıya (shortlist) daxil edilən 15 filmin adının isə dekabrın 15-də elan ediləcəyi gözlənilir.
"Tağıyev: Məktəb" filminin "Oskar" uğrunda mübarizədə iştirakı beynəlxalq auditoriyaya Azərbaycan tarixinin mühüm səhifələrindən biri və ölkədə təhsilin, xeyriyyəçiliyin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətin irsi ilə tanış olmaq imkanı yaradır.
Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev" bədii filminə bu günədək Azərbaycanın kinoteatrlarında 200 mindən çox tamaşaçı baxıb.
Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən kinoepopeyanın dörd hissəsinin - "Tağıyev: Neft", "Tağıyev: Çar", "Tağıyev: Sonа" və "Tağıyev: Məktəb" filmlərinin hamısı tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanıb və ölkənin aparıcı kinoteatrlarında ən çox maraq doğuran yerli kino layihələrindən birinə çevrilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
-
Nəsimi Musayevin saxlanılma anı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib
-
Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama





