Maraqlı

Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır

20 Oktyabr 2026 00:12
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yüksək elektrik qəbzlərindən və yumşaldıcı istifadə etməyinizə baxmayaraq istənilən kimi təmiz qoxmayan paltarlardan şikayətlənənlər üçün pratik həll yolu ortaya çıxıb. Paltaryuyan maşına əlavə edilən iki sadə vasitə həm paltarları yumşaq və təravətli edir, həm də enerji sərfiyyatını ciddi şəkildə azaldır.

Milli.Az xəbər verir ki, paltarların maşında bir-birinə sürtünərək statik elektrik yaratması barabana yapışmalarına və maşının daha çox güc sərf etməsinə səbəb olur.

Alüminium folqadan ovuc içi böyüklüyündə 2 ədəd bərk yumru top düzəldib barabanın içinə atın.

Folqa statik elektriyi udur, paltarlar bir-birinə yapışmır, su və yuyucu toz parçaya daha tez nüfuz edir. Maşın əlavə yük altında işləmədiyi üçün elektrik sərfiyyatı azalır.

Limon və ağ sirkə möcüzəsi
Yuma bölməsinə əlavə ediləcək təbii vasitələr paltarların təravətli qoxmasını təmin edir:

Yuma bölməsinə: 2 çay qaşığı soda və bir neçə damcı təbii limon yağı (və ya sirkə) əlavə edin.

Limon yağı xoş qoxu verir, sirkə paltarları yumşaldır və maşının içindəki ərpi təmizləyir. Ərpsiz ten (qızdırıcı) daha tez qızdığı üçün elektrik enerjisinə qənaət edilir.

Əgər qurutma funksiyalı maşın istifadə edirsinizsə, eyni folqa toplarını qurutma zamanı da barabanda saxlaya bilərsiniz. Bu, paltarlar arasında hava dövriyyəsini artıraraq qurutma müddətini yarıbayarı qısaldır.

Hazırladığınız folqa toplarını yaxşıca sıxın və kənarlarının hamar olmasına diqqət edin. Hamar folqa topları zərif geyimlərinizə zərər vurmadan aylarla təkrar-təkrar istifadə oluna bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.