İdman

Ronaldu cərimə ödəyəcək

19 Oktyabr 2026 23:22
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kriştianu Ronaldu Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən 30 gün müddətinə diskvalifikasiya olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu həmçinin komandanın təlim-məşq düşərgəsini vaxtından əvvəl tərk etdiyinə görə 255 avro məbləğində cərimə ödəyəcək.

Xatırladaq ki, Ronaldu Millətlər Liqasının Danimarkaya qarşı matçdan (4:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Baş məşqçi Jorji Jezuş aralarında hər hansı münaqişənin olmadığını iddia etsə də, federasiya intizam tədbiri görüb. Məlumata görə, Jezuş hücumçu ilə barışıq görüşünün keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin şərəfini qoruyur. O, yığmanın heyətində 2016-cı ilin Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibi olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.