Dünya

Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər

19 Oktyabr 2026 15:43
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirməyi təklif edib. Görüşün gələn ay keçirilməsi ehtimalı müzakirə olunur.

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, Putin oktyabrın 9-da Trampla telefon danışığı zamanı ABŞ və Çin liderlərinin iştirakı ilə Ukrayna məsələsinə dair sammit keçirilməsini təklif edib.

Kremlin sözçüsü Dmitri Peskov mümkün görüşlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Bununla belə, sammitin keçirilməsi və gündəliyi ilə bağlı hələlik yekun razılıq əldə olunmayıb.

ABŞ rəsmisinin sözlərinə görə, Tramp hələlik görüşdə iştirak etməyə razılıq verməyib, lakin təklifi nəzərdən keçirə bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.