Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı müvafiq Sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirinin müavini Teymur Musayev təqdim edib.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.
Həmçinin bildirilmişdir ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.
Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
-
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
-
Yanacağın bahalaşması fonunda aviaşirkətlər "çətin günlər"ə hazırlaşır - FT
-
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
-
Oğurlanan ianələr, yumruq atan imamlar: Türkiyə məscidlərində nələr baş verir?
-
Üç prezident hökmdən kənarda: Ermənistanla sülh niyə otuz illik işğal işini bağlamır
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
-
Ebru Gündeş yenə cərrah bıçağı altına yatdı - Yeni görünüşü - (Foto)
-
Şikayətçini və çəkliş qrupunu təhqir edən rəis işdən çıxarıldı (Video)
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi





