Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayında da Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti ilə qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı qeydə alınıb.
Bəs payız aylarında temperaturun yüksəlməsinə hansı proseslər təsir göstərir və qarşıdakı dövrdə bizi hansı hava şəraiti gözləyə bilər?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqlimşünas və ekoloq Məhərrəm Mehdiyev bildirib ki, havaların mövsümə uyğun olmayan dərəcədə isti keçməsini yalnız təsadüfi hadisə kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, bu cür proseslərin elmi izahları da mövcuddur:
"Yer kürəsinin iqlim tarixində uzunmüddətli buzlaşma və istiləşmə mərhələləri müşahidə olunub. Onun sözlərinə görə, bəzi elmi yanaşmalara əsasən, hazırkı dövr buzlaşma mərhələləri arasındakı daha isti dövrlə əlaqələndirilir. Bu proseslərin davam etməsi temperatur göstəricilərinə, o cümlədən payız aylarında müşahidə olunan hava şəraitinə təsir göstərə bilər. Bu proses təxminən 40-50 il belə davam edəcək. Orta temperaturun yüksəlməsi fonunda sentyabr və oktyabr aylarında, hətta noyabrda da nisbətən isti havalar müşahidə oluna bilər".
İqlimşünas, həmçinin El-Ninyo hadisəsinin qlobal temperatur dəyişikliklərinə təsirini vurğulayıb. O, bildirib ki, Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan El-Ninyo atmosfer dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində hava şəraitində dəyişikliklərə səbəb ola bilər:
"Bu hadisənin təsirləri atmosfer proseslərindən və hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq müxtəlif regionlarda fərqli şəkildə özünü göstərə bilər. Avropada müşahidə olunan yüksək temperatur göstəriciləri fonunda oxşar hava şəraitinin digər ərazilərdə də yaranması ehtimalı istisna edilmir. İsti hava kütlələrinin Azərbaycana doğru hərəkəti baş verərsə, ölkədə də temperaturun yüksəlməsi mümkündür. Bununla belə, havanın necə dəyişəcəyi atmosfer dövranı, hava cərəyanlarının istiqaməti və digər meteoroloji amillərdən asılıdır"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” -
-
Nyu-Yorkda V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Qala-konserti keçirilib - (Foto)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu - Fikir çəkmə, telefona çək!
-
Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - (Foto)
-
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)





