BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.
Trend BİA-nın direktor müavini, layihənin təlimçisi Sahil Kərimli çıxışında bildirib ki, ideoloji təhdidlər müasir dövrdə hər bir ölkənin üzləşdiyi reallığa çevrilib.
Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik və milli maraqlara əsaslanan müstəqil siyasəti müəyyən xarici dairələri narahat edir. Azərbaycan xarici təzyiqlər qarşısında geri çəkilmir, siyasətini ayrı-ayrı ölkələrin maraqlarına uyğun qurmur.
"Azərbaycan xüsusilə Vətən müharibəsində qazandığı qələbədən sonra daha da inkişaf edib. Dövlətçilik və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi, təbii ki, bir çox yad dairələri narahat edir. Buna görə də ideoloji təhdidlərə qarşı ayıq-sayıq olmalıyıq", - deyə o bildirib.
S.Kərimli son günlər vahid məktəbli geyimi ilə bağlı qərarın siyasiləşdirilməsi cəhdlərinə də diqqət çəkib. O qeyd edib ki, tələbələr gələcək nəslin nümayəndələri olaraq belə məsələlərə həssas yanaşmalı, müxtəlif təsirlərə qarşı sayıqlıqlarını qorumalıdırlar.
"Vahid məktəbli geyimi ilə bağlı qərarın necə siyasiləşdirildiyini müşahidə edirik. Gənclər bu məsələlərdə ayıq-sayıq olmalı, baş verənləri düzgün qiymətləndirməlidirlər", - deyə o vurğulayıb.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, əməkdar jurnalist Elçin Alıoğlu isə çıxışında ideoloji təhdidlərin və zərərli təsirlərin abstrakt anlayışlar olmadığını bildirib.
Onun sözlərinə görə, insanların düşüncəsində şübhə yaradılması onları kənar təsirlərə daha açıq vəziyyətə gətirə bilər. Bu baxımdan gündəlik istifadə olunan sosial platformaların insanların dünyagörüşünə və seçimlərinə təsiri nəzərə alınmalıdır.
"Hər gün istifadə etdiyiniz sosial platformalar sadəcə əyləncə vasitəsi deyil. Baxdığınız videolar, paylaşdığınız foto və videolar sizin kim olduğunuz, maraqlarınız və düşüncələriniz haqqında məlumat verir. Bütün bunlar bir yerə toplanır", - deyə o qeyd edib.
E.Alıoğlu gənclərin müxtəlif təsir mexanizmlərinin əsas hədəflərindən olduğunu vurğulayıb. O, süni intellekt alətlərindən və sosial platformalardan istifadə zamanı da diqqətli olmağın vacibliyini bildirib.
Onun fikrincə, istifadəçilər texnologiyadan yararlandıqları zaman öz davranışlarının və seçimlərinin də təhlil oluna biləcəyini nəzərə almalıdırlar.
E.Alıoğlu zərərli xarici təsirlərin cəmiyyət daxilində parçalanma yaratmaq təhlükəsinə də toxunub. O bildirib ki, ictimai birliyin zəifləməsi vahid milli şüura mənfi təsir göstərir.
"Cəmiyyət parçalananda vahid milli şüur qalmır. Zərərli ideologiya həm Şərqdən, həm də Qərbdən gələ bilər. Buna görə də məsələyə yalnız bir istiqamətdən yanaşmaq düzgün deyil", - deyə o vurğulayıb.
Azərbaycanın tarixi inkişaf yolundan da danışan E.Alıoğlu Şərqdə qadınlara səsvermə hüququnun ilk dəfə Azərbaycanda verildiyini xatırladıb. O, gənclərin milli dəyərləri və tarixi nailiyyətləri dərindən öyrənməsinin, qarşılaşdıqları məlumatlara tənqidi yanaşmasının əhəmiyyətini qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - (Foto)
-
Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
AQEM Sammitində ölkə liderlərinin səmimi söhbətləri - (Video)





