Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin qanunvericiliyinə dəyişiklik və əlavələri nəzərdə tutan qanunu imzalayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliklər nikahın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanında (VVAQ) rəsmiləşdirilmədən kəbin əsasında izdivac mərasiminin keçirilməsinə görə cərimələrin artırılmasını nəzərdə tutur.
Sənəd milli qanunvericilik bazasının rəsmi saytında dərc olunub.
Qanun parlamentin Qanunvericilik Palatası tərəfindən qəbul edilib, Senat tərəfindən təsdiqlənib və rəsmi dərc olunduğu andan qüvvəyə minib.
"Özbəkistan Respublikasının İnzibati Məsuliyyət Məcəlləsinin 47-3-cü maddəsinə (nikah yaşına dair qanunvericiliyin və ya nikahın bağlanması qaydasının pozulması) dəyişikliklər edilsin", - deyə sənəddə qeyd olunub.
Dəyişikliyə əsasən, nikahın VVAQ orqanında qeydiyyata alınmadan dini mərasiminin keçirilməsinə görə cərimə 30-50 baza hesablama vahidinədək (BHВ) artırılıb. Bu, təxminən 1 200-1 840 dollar təşkil edir. Əvvəllər cərimə 15-30 baza hesablama vahidi (təxminən 550-1 100 dollar) məbləğində idi.
Həmçinin 18 yaşına çatmamış şəxslərin nikaha daxil olmasına görə cərimələrin 10-15 baza hesablama vahidi (təxminən 400-550 dollar) artırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2017-ci ildə Özbəkistan Prezidenti məscid imamlarına nikahın VVAQ orqanında qeydiyyata alınmasından əvvəl müsəlman adət-ənənələrinə uyğun nikah mərasimi keçirməyi qadağan edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”
-
Paşinyan bu tarixə qədər sülh sazişinin imzalanacağını düşünür
-
Pakistanda məktəbdə faciə: 28 uşaq öldü
XƏBƏR LENTİ
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - (Foto)
-
Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
AQEM Sammitində ölkə liderlərinin səmimi söhbətləri - (Video)
-
Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirildi
-
Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındı
-
“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu
-
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - (Foto)
-
Safurənin də evini su basdı - (Foto)
-
Saleh Səmədova hökm oxundu
-
Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)





