Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
Fələstinin erməni əsilli xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahinin Azərbaycana səfəri gözlənilir.
O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Fələstini təmsil edəcək.
Milli.Az xatırladır ki, Bakıya ilk dəfə səfər edəcək Varsen Aqabekyan Şahin erməni əsilli Fələstin siyasətçisi və akademikdir. O, 1958-ci ildə İordaniyanın paytaxtı Əmmanda anadan olub. ABŞ-da ali təhsil alan Aqabekyan Şahin İndiana Universiteti-Purdue Universitetində magistr dərəcəsi alıb, 1988-ci ildə isə Pittsburq Universitetində təhsil siyasəti və idarəetmə istiqaməti üzrə doktorluq dərəcəsinə yiyələnib.
O, uzun illər akademik sahədə fəaliyyət göstərib. 1988-2008-ci illərdə Qüds Universitetində çalışıb, 1995-1998-ci illərdə Səhiyyə Peşələri fakültəsinin, 1998-2000-ci illərdə isə Magistratura təhsili fakültəsinin dekanı olub. Bununla yanaşı, Fələstində səhiyyə insan resurslarının inkişafı, təhsil, institusional quruculuq və mədəniyyət layihələrində müxtəlif rəhbər vəzifələr tutub.
Aqabekyan Şahin 2016-2018-ci illərdə Fələstinin Müstəqil İnsan Hüquqları Komissiyasının baş komissarı vəzifəsində çalışıb. O, həmçinin Fələstində kilsələrin fəaliyyəti və tarixi dini abidələrin bərpası ilə bağlı prezident komitələrinin işində iştirak edib, qadın hüquqları və insan hüquqları məsələləri üzrə fəaliyyət göstərib.
O, 2024-cü il martın 31-də Fələstin hökumətində xarici işlər və diaspor məsələləri üzrə dövlət naziri vəzifəsinə başlayıb. 2025-ci il iyunun 23-də isə prezident Mahmud Abbasın qərarı ilə Fələstinin xarici işlər və diaspor naziri təyin olunub. Bu təyinatla Aqabekyan Şahin ölkənin diplomatik qurumuna rəhbərlik edən ilk qadın olub.
Qeyd edək ki, AQEM-in VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə təşkilata üzv ölkələrin və digər tərəfdaş dövlətlərin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
XƏBƏR LENTİ
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir
-
AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək sənədlər razılaşdırılıb
-
Zaur Rzayevin səhhəti ağırlaşdı
-
Kəmalə Günəşli bahalı ətirini göstərdi: Qiymətini açıqladı - (Video)
-
Əməkdar jurnalist vəfat etdi
-
Sergey Lavrov Azərbaycana gəlib - (Yenilənib)
-
Şavkat Mirziyoyev Bakıya yola düşüb
-
Arbeloa cərimələndi
-
Vahid təhsil mühiti, milli dəyərlər və dünyəvilik
-
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?
-
Üzeyir Mehdizadənin yeni mahnısı müzakirə yaratdı - (Video)
-
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib - (Foto)





