Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb.
19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edərək işi məhkəməyə göndərmişdi. Həmin maddə 9 ildən 14 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Prokuror da yekun çıxışında Ayxanın 10 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Lakin hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə düzgün ittiham verilməyib. Hökmə əsasən, Ayxanın əməli CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilib, ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hökm apellyasiya instansiyasında qüvvədə qalarsa, Ayxan 8 aydan sonra azadlığa çıxacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Abşeron rayonunun Ramana qəsəbəsində, Gülçülük sovxozu adlanan ərazidə baş verib. Qətlə yetirilən şəxs kombi ustası olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir
-
AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək sənədlər razılaşdırılıb
-
Zaur Rzayevin səhhəti ağırlaşdı
-
Kəmalə Günəşli bahalı ətirini göstərdi: Qiymətini açıqladı - (Video)
-
Əməkdar jurnalist vəfat etdi
-
Sergey Lavrov Azərbaycana gəlib - (Yenilənib)
-
Şavkat Mirziyoyev Bakıya yola düşüb





