Kriminal

Atasının evinə getdi, canından oldu - (Video)

13 Oktyabr 2026 01:01
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə 36 yaşlı kişi qətlə yetirilib...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ata və anasının yaşadığı evə gedən oğul canından olub. Hadisə Gəncənin Gülüstan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Röyal Həsənov kəsici alətlə aldığı xəsarətlərlə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Röyal Həsənovun atası Osman Həsənov tərəfindən bıçaqlandığı ehtimal olunur. Qətldə şübhəli bilinən Osman Həsənov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin hansı səbəbdən törədildiyi və digər təfərrüatlar araşdırılır. 

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.