İqtisadiyyat

Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)

27 Noyabr 2026 23:33
Baxış: 86
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Həyətyanı torpağın plan-ölçü sənədi çıxarış almağa əsas verəcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, məsələ Milli Məclisin plenar iclasında müzəkirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bildirilib ki, torpaq islahatı zamanı vətəndaşlara verilən həyətyanı sahələr üçün 2006-cı il iyulun 6-dək mülkiyyət şəhadətnaməsi tərtib edilirdi. Həmin tarixdən şəhadətnamələrin verilməsi dayandırılıb.

O vaxtadək müraciət etməyən vətəndaşların bir qismi sonradan yalnız plan-ölçü sənədi alıb. Bu sənədlə torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq mümkün olmayıb. Millət vəkili Azər Badamov bildirib ki, yeni təkliflə, bu sənədlər torpağa mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almağa əsas verə bilər.

Qeyd edək ki, dəyişiklik Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilib. Layihə hazırda birinci oxunuşdan keçib. Plan-ölçü sənədinin hansı hallarda qeydiyyata əsas sayılacağını aidiyyəti qurum müəyyən edəcək.

Əmlak Məsələləri üzrə ekspert Elnur Fərzəliyev onu da əlavə etdi ki, sənədsiz əmlakın çıxarışla təmin edilməsi, gələcəkdə onun bazar qiymətinə də təsir edə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.