CeyLo ailəsi ilə bir arada - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya ulduzu Cennifer Lopez sosial şəbəkədə Şükranlıq Günü ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi ailəsi ilə bir arada olmağın, övladlarının kollecdən həftəsonu evə qayıtmasının və sevdikləri ilə birlikdə bayram ənənələrini yaşatmağın sevincini bölüşüb.
Cennifer bildirib ki, bu gün onun üçün ən önəmli olan minnətdarlıq hissidir:
"Bu gün ailəmin əhatəsində, evdə minnətdarlıq hissi ilə oyandım. Uşaqlarım dəhlizin o biri tərəfində yatır, həftəsonu üçün kollecdən evə qayıdıblar. Günün bütün ənənələrini yaşatmağa, yemək bişirməyə hazıram. Amma bu gün düşündüyüm ən vacib ənənə minnətdarlıqdır.
Bu gün həmişə minnətdarlıq günü olub. Həyatımdakı bütün sevgiyə və sevdiklərimlə yaşadığım gözəl həyata heç vaxt bu qədər minnətdar olmamışam.
Bu axşam mənim üçün xüsusilə özəldir. Nyu-Yorkda balaca qız olduğum vaxt bu günü hər şeydən çox arzulayırdım. Hər il Şükranlıq Günündə anam və bacılarımla televizor qarşısında oturub "West Side Story" filminə baxır, bir gün özümün də orada olacağımı, oxuyacağımı, rəqs edəcəyimi və aktyorluq edəcəyimi xəyal edirdim.
Bu gün isə ailəmlə televizor qarşısında oturub öz şousumu eyni gündə, eyni vaxtda izləyəcəyəm. Bunun həyatımda tam bir dövrün tamamlanması olduğunu demək azdır. Bu, sözün əsl mənasında, gerçəkləşmiş bir xəyaldır.
Bütün bu illər ərzində mənimlə bu yolda olduğunuz üçün hər birinizə minnətdaram. Birlikdə paylaşdığımız sevgini və gözəl anları düşünəndə gözlərim dolur. Bu axşam hər şey öz zirvəsinə çatır. Divanda əyləşmişik və izləməyə hazırıq!
Hər şey üçün çox sağ olun. "THE JLO SHOW"u izləməyi unutmayın. Birlikdə izlədiyiniz anların fotolarında məni işarələyin, mən də paylaşacağam. Sizi sözlə ifadə edə bilməyəcəyim qədər çox sevirəm". (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
XƏBƏR LENTİ
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)
-
“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)
-
Keçmiş 5 nömrəli xəstəxana nə vaxt yenidən istifadəyə veriləcək? - Tarix məlum oldu
-
Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)
-
Yusif Xəlilovun daha 20 obyekti dövlətə qaytarıla bilər
-
Restoranlar tək gələn müştəriləri niyə qəbul etmir?
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Mozaika sənətinin sirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək





