İdman

Keçmiş islandiyalı futbolçu 37 yaşında öldü

27 Noyabr 2026 14:35
Baxış: 90
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İslandiyanın "Vikinqur" klubunun qapıçısı İnqvar Yonsson dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, 37 yaşlı futbolçunun vəfatı barədə klubun rəsmi açıqlamasında məlumat verilib.

Bildirilib ki, təcrübəli qolkiper uzun müddət onkoloji xəstəliklə mübarizə aparıb.

Yonsson 2020-ci ildən "Vikinqur"un formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 176 matçda meydana çıxıb.

Qeyd edək ki, qapıçı İslandiya millisində də çıxış edib. O, 2014-2019-cu illərdə yığmanın heyətində 8 qarşılaşmada iştirak edib. Yonsson 2016-cı ildə Fransada keçirilən Avropa çempionatında da milli komandanın iştirak ərizəsinə daxil edilsə də, turnirdə ehtiyat qapıçı olub. Futbolçu sonuncu dəfə 2022-ci ildə İslandiya millisinə dəvət alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.