ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclis "Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Sazişi ratifikasiya edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il fevralın 27-də imzalanmış Saziş üzrə podratçı tərəflər SOCAR Absheron, TotalEnergies EP Absheron B.V (TEPAB) və ADNOC International ProjectCo 1 RSC Limited (XRG) şirkətləridir.
Adıçəkilən yataqda ilkin hasilat sxemi üzrə bir quyu 2023-cü il iyulun 3-dən hasilata verilib. Neft yatağında dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 2026-cı il sentyabrın 25-də qəbul edilib. Sentyabrın 26-da isə SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Abşeron yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb.
Yeni redaksiya üzrə əsas dəyişiklik 1 mart 2017-ci il tarixindən başlayan işlənmə və hasilat dövrünün 30 ildən 40 ilədək uzadılmasıdır. Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır. Belə ki, 4-cü quyunun 2057-ci ilədək əlavə qaz hasilatını təmin etməsi və Abşeron blokundan ümumi qazçıxarma əmsalını yüksəltməsi gözlənilir. 4-cü quyunun Abşeron Tammiqyaslı İşlənmə üzrə Yekun İnvestisiya Qərarına daxil edilməsi ilə əlaqədar quyuya yatırılan investisiyaların geri qaytarılmasını təmin etmək məqsədilə Saziş üzrə işlənmə və hasilat dövrünün 10 il uzadılması razılaşdırılıb.
Dəyişdirilmiş və yeni redaksiyada tərtib edilmiş Sazişlə həmçinin Abşeron Tammiqyaslı İşlənmə Layihəsi üzrə qaz və kondensat həcmlərinin daşınması üçün müvafiq infrastruktur obyektlərinə birləşdirilməsi məqsədilə tikiləcək və podratçılar tərəfindən maliyyələşdiriləcək obyektlərin tikintisi və istismarına çəkilən xərclərin Saziş üzrə neft-qaz əməliyyatlarının məsrəfləri hesab edilməsi və əvəzi ödənilən məsrəflərə aid edilməsi nəzərdə tutulur.
Eyni zamanda, bu Sazişlə əvvəlki sazişə əlavə edilmiş altı qoşma eyni şərtlərlə saxlanılmaqla yeni redaksiyaya daxil edilib və vahid sənəddə birləşdirilib. Həmçinin, Sazişə redaktə xarakterli bəzi dəyişikliklər edilib.
"Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
-
Pensiyaçılara nə qədər əlavə pul veriləcək?
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar
-
Sneyder Ramosun formasını fantastik qiymətə satdı (Foto)
-
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
-
Ağsuda çinar ağacı qırılaraq 6 yaşlı uşağın üzərinə düşdü
-
Pəncəli Teymurovun qardaşı vəzifəyə təyin olundu





