İdman

İngiltərə futbolunun tarixinə düşdülər

27 Noyabr 2026 11:45
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Bornmut" klubu UEFA bayrağı altında keçirilən turnirlərdə ilk beş qarşılaşmasının hamısında qalib gələn ilk ingilis komandası olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komanda bu nailiyyətə Avropa Liqasının əsas mərhələsinin V turunda səfərdə "Selta"nı 2:1 hesabı ilə məğlub etməklə imza atıb.

Bununla yanaşı, "Bornmut" bütün turnirlər nəzərə alınmaqla ardıcıl qələbələrinin sayını 10-a yüksəldib. Bu göstərici klub tarixində yeni rekord kimi qeydə alınıb.

Qeyd edək ki, tarixində ilk dəfə avrokuboklarda çıxış edən "Bornmut" Avropa Liqasının əsas mərhələsində keçirdiyi beş oyunun hamısından 3 xalla ayrılıb. 15 xalı olan İngiltərə təmsilçisi turnir cədvəlinə liderlik edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.