Şou-biznes

Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)

27 Noyabr 2026 10:20
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aktyor Ülvi Həsəni xoşagəlməz hadisə ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, o, pilləkəndən yıxılaraq xəsarət alıb.

Aktyor yıxıldığı anın təhlükəsizlik kamerasına düşən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımında hadisədən sağ-salamat qurtulduğu üçün Allaha şükür etdiyini bildirib.

Ülvi Həsən hazırda belində və boynunda güclü ağrılar olduğunu qeyd etsə də, daha ağır xəsarətlər almadığına sevindiyini vurğulayıb:

"Doğrudan da Allah saxlayanda saxlayır. Yaxşı qurtardım. Göz-nəzəri olanın özünə qayıtsın. Düzdür, bir az vəziyyətim yaxşı deyil, belimdə, boynumda pis ağrılar var, amma şükür ki, lap ağır vəziyyətdən Allah qorudu".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.