Hadisə

12 il həbs cəzası almış Vilyam Hacıyev niyə vaxtından əvvəl azad edildi?

27 Noyabr 2026 14:28
Baxış: 95
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmişlinin korrpusiya ittihamları üzrə həbs edilmiş sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində V.Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.

Məhkəmə onun səhhətində problemin olmasını nəzərə alaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. V.Hacıyev azadlığa buraxılıb.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il mayın 5-də saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.