Hadisə

Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)

26 Noyabr 2026 23:10
Baxış: 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

"Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.