Hadisə

Səbaildə fərdi yaşayış evində yanğın olub

26 Noyabr 2026 20:11
Baxış: 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı şəhərinin Səbail rayonu, Xanlar küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ətraflı

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxndə baş vermiş yanğın genişlənərək evin digər otaqlarına yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 20kv.m. sahədə və dam örtüyünün taxta atmaları 1kv.m. sahədə yanıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.