Cəmiyyət

Nazirlikdə yeni şöbə yaradıldı, Ayaz Müseyibov rəhbər təyin edildi

26 Noyabr 2026 18:30
Baxış: 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və ona rəhbər təyin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ayaz Müseyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Müseyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2020-2024-cü illərdə doktorantura təhsili alıb və 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.