Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir.
Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?
"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, meyvə-tərəvəz qiymətlərindəki artımı yalnız Yeni ilin yaxınlaşması ilə əlaqələndirmək doğru deyil.
Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümi amillərdir. Payızın sonu və qışın əvvəlində bir çox yerli məhsulun yığım mövsümü başa çatır, nəticədə bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə səbəb olur:
"Qış aylarında məhsulların saxlanması, daşınması, istixanalarda yetişdirilməsi və enerji xərcləri də artır. İdxal məhsullarının qiymətinə isə xarici bazarlardakı qiymətlər və nəqliyyat xərcləri təsir göstərir".
Akif Nəsirli Yeni il ərəfəsində tələbatın artmasının da bahalaşmada müəyyən rol oynadığını bildirib:
"Bayram günlərində meyvə-tərəvəzə tələbat yüksəlir və bəzi satıcılar bundan istifadə edərək qiymətləri artıra bilirlər. Lakin 40-50 faizlik bahalaşmanı yalnız bayram tələbi ilə izah etmək mümkün deyil".
İqtisadçının fikrincə, qarşıdakı dövrdə bəzi məhsulların qiymətində əlavə artım da gözlənilə bilər:
"Xüsusilə dekabrda bayram tələbatının yüksəlməsi, qış aylarında yerli istehsalın azalması və idxaldan asılılığın artması qiymətlərə təsir göstərəcək. Bununla belə, bütün məhsulların eyni dərəcədə bahalaşacağı gözlənilmir. Qiymət dəyişiklikləri hər bir məhsulun bazardakı təklifindən və ehtiyatlarından asılı olacaq".
Akif Nəsirli hesab edir ki, bazarda süni qiymət artımının qarşısı alınmalı, vasitəçi zəncirindəki əsassız bahalaşmalar araşdırılmalı və məhsul təklifinin davamlılığı təmin edilməlidir.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
-
“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"
-
Gələn ay 10 gün iş olmayacaq - Tarixlər
-
İran Naxçıvan istiqamətində hərbi texnikalar yerləşdirir? - Rəsmi cavab
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – (Video)
-
SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir
XƏBƏR LENTİ
-
Kəmalə Qaramollayevanın keçmiş əri konsertinə gəldi (Video)
-
Orxan Kəngərli ilə bağlı qərar verildi
-
Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
-
İsmail Hacıoğlu boşandığı arvadı ilə yenidən evləndi - (Video)
-
“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"
-
Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
-
Gələn ay 10 gün iş olmayacaq - Tarixlər
-
12 saniyəyə 1 kilo bal yedilər (Video)
-
İran Naxçıvan istiqamətində hərbi texnikalar yerləşdirir? - Rəsmi cavab
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – (Video)
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Zaur Kamal: “Zəng edib halımı soruşan yoxdur”
-
Nəfəs: "Məni bacısı kimi görüb deyə öpüb" (Video)
-
SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir
-
Dünənki oyunda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar - (Yenilənib/Foto)
-
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirildi
-
Xalq artisti: "Amansız anayam, qızımı 11 ildir özümdən uzaqlaşdırmışam"
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
-
“Beşiktaş” – “Qalatasaray” derbisini o idarə edəcək
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Ramiz Mehdiyevin apellyasiya şikayəti ilə bağlı qərar verildi
-
İbrahim Selimin evləndikdən 1 il sonrakı halı: "Qocalıb..." (Fotolar)
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)





