Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır.
Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur?
"Təmiz Şəhər" ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantılar arasından bəzən maraqlı və dəyərli əşyalar, sənədlər, avtomobillərin dövlət qeydiyyat nişanları, metal pullar, eləcə də silah-sursat aşkarlanır.
Aşkarlanan maraqlı və dəyərli əşyalar zavodun inzibati binasında yaradılmış xüsusi guşədə nümayiş etdirilir. Bu guşə məlumatlandırma turu çərçivəsində zavodu ziyarət edənlərə tullantıların arasından çıxan əşyalarla tanış olmaq imkanı yaradır.
Qurumdan qeyd edilib ki, tullantılar arasında aşkarlanan sənədlər və avtomobillərin dövlət qeydiyyat nişanları "Tapqaytar" sosial layihəsi çərçivəsində Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan Tapıntılar Bürosuna təhvil verilir.
Çeşidləmə zamanı maqnit separator vasitəsilə ayrılan metalların arasından toplanan metal pullar isə "Tapılan arzular" sosial layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan və fiziki imkanları məhdud uşaqların ehtiyaclarının qarşılanmasına yönəldilir. Beləliklə, tullantılar arasından çıxan metal pullar uşaqların arzularının reallaşmasına dəstək olur.
Bundan əlavə nəzərə çatdırılıb ki, çeşidləmə prosesində silah-sursat aşkarlandıqda təhlükəsizlik qaydalarına uyğun olaraq aidiyyəti qurumların əməkdaşları çağırılır və tapıntılar onlara təhvil verilir.
Qurum vurğulayıb ki, bu cür nümunələr tullantıların çeşidlənməsinin yalnız ekoloji deyil, həm də sosial baxımdan əhəmiyyətli olduğunu göstərir.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)
-
Avtomobilinizdəki bu detalın içində sərvət gizlənir - Çoxları xəbərsizdir
-
Daha bir tiktoker saxlanıldı
-
Bu şəxslərə gündə 100 manat ödəniləcək
XƏBƏR LENTİ
-
Xalq artisti: "Amansız anayam, qızımı 11 ildir özümdən uzaqlaşdırmışam"
-
Balaxanıda zibilin içindən elə şeylər çıxır ki... - Təəccüblənəcəksiniz
-
“Beşiktaş” – “Qalatasaray” derbisini o idarə edəcək
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Ramiz Mehdiyevin apellyasiya şikayəti ilə bağlı qərar verildi
-
İbrahim Selimin evləndikdən 1 il sonrakı halı: "Qocalıb..." (Fotolar)
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)
-
Avtomobilinizdəki bu detalın içində sərvət gizlənir - Çoxları xəbərsizdir
-
Çempionlar Liqasında hakim oyuna sərxoş çıxdı - (Video)
-
Çempionlar Liqasını izləmək üçün Bakıya gəldi, matçda öldü - (Foto)
-
Tanınmış aktyor özündən 26 yaş kiçik xanımı ilə (Video)
-
"Sabah"ın baş məşqçisi təltif olundu (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
-
Elvin Cəfərquliyevdən həmin hesablarla bağlı açıqlama
-
Rusiyada general-polkovnik həbs edildi
-
Bu şəxslərə gündə 100 manat ödəniləcək
-
Özcan Deniz və Deniz Çakırla bağlı qərar verildi
-
“20 Yanvar” metrosunun çıxışında faciə - 41 yaşlı kişi öldü
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: Sumqayıtda 30 illik qalmaqal
-
Hava kəskin soyuyacaq - 15 dərəcə şaxta
-
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb - (Foto)
-
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edildi





