Dünya

“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi

26 Noyabr 2026 13:31
Baxış: 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan hökuməti "Tramp marşrutu" layihəsini həyata keçirəcək şirkətin yaradılması ilə bağlı səhmdarlar sazişini təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Sənədə əsasən, "TRIPP Development Company" şirkətinin səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə məxsus olacaq. Şirkətin Direktorlar Şurası beş nəfərdən ibarət olacaq. Onlardan üçünü ABŞ, ikisini isə Ermənistan tərəfi təyin edəcək.

Saziş hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilə bilmədiyi 16 sahədən ibarət siyahını nəzərdə tutur. Bu cür məsələlər sırasına siyasi əhəmiyyət daşıyan qərarlar, mülkiyyət strukturunda və şirkətin proqramlarında üçüncü tərəflərin iştirakı, investorların seçilməsi, konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi, icra orqanının seçilməsi, satınalma siyasəti və digərləri daxildir.

"Bu, müstəqilliyimizi əldə etdikdən sonra həyata keçirilən ən böyük iqtisadi layihədir", - deyə Paşinyan vurğulayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.