Bakıda tarixi binada qanunsuz dəyişiklik aradan qaldırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binanın giriş qapısının dəyişdirilməsi ilə bağlı yayılan görüntülərdən sonra məsələ ilə bağlı tədbir görülüb.
Milli.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edildiyi təsdiqlənib.
Belə ki, binanın birinci mərtəbəsində yerləşən tarixi giriş qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəzlənib.
Araşdırmanın nəticələrinə əsasən, tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib.
Eyni zamanda, obyektin sahibinə tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə belə halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki , tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna dronları lazerlə vurur - Dünyada ilk dəfə - (Video)
-
“Sabah”ın qapıçısı Avropa nəhənglərini geridə qoydu
-
Bakıda tarixi binada qanunsuz dəyişiklik aradan qaldırıldı
-
Yasamalda evlər söküləcək - Kompensasiya məbləği açıqlandı - (Foto)
-
Futbolçu matçdan sonra güllələnərək öldürüldü
-
Elmira Şabanova ilə vida mərasimi keçirilir - (Yenilənib)
-
Sığınacaqda 9 gündür niyə istilik yoxdur? - Agentlikdən reaksiya
-
Azərbaycanda 190 min nəfərin aldığı ödənişlə bağlı yeni xəbər
-
Bakıdakı ABŞ səfirliyi bağlanır
-
Rafael Ağayevin iştirak etdiyi toyda maraqlı anlar (Video)
-
22 min avro ödəyib adlarını dəyişdilər - Bakıda həbs olundular
-
Qonşu ölkədə güclü yanğın - Ölənlər var - (Video)
-
Ata yuxuda olarkən bilmədən körpəsini öldürdü - Məhkəmədən hökm
-
Həmin videodan sonra Pünhanın xanımı ilə Nəfəs bir arada (Video)
-
Güclü yağışdan sonra hava ilə bağlı son məlumat
-
Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulun nəticələri açıqlandı
-
Safurənin mərhum nazirin xanımı olan qayınanası ilə paylaşımı - (Fotolar)
-
İsmayıllıda 28 yaşlı kişi bıçaqlandı
-
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək - (Video/Foto)
-
Azərbaycan əsilli iş adamı Kremlin yaxınlığında hotel açdı - (Foto)
-
Moskvaya güclü qar yağdı - Gündəm olan görüntülər (Video)
-
Bakıda bu küçələrdə evlər söküləcək - Yeni yol çəkilir - (Video)
-
Azərbaycanda bir gündə 46 nəfər saxlanıldı
-
Tanınmış xanəndənin ailəsində xoş gün





