Cəmiyyət

Azərbaycanda 190 min nəfərin aldığı ödənişlə bağlı yeni xəbər

26 Noyabr 2026 11:13
Baxış: 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin oktyabr ayında Azərbaycanda ailə başçısını itirməyə görə 190 292 nəfərə pensiya və müavinət ödənilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, ödəniş alanların 138 164 nəfəri pensiya, 52 128 nəfəri isə müavinət alıb.

Qeyd edək ki, sentyabr ayında bu kateqoriya üzrə ödəniş alanların sayı 188 775 nəfər olub. Beləliklə, oktyabrda onların sayı əvvəlki ayla müqayisədə 1 517 nəfər artıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.