Kulinariya

Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti

26 Noyabr 2026 05:05
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yumşaq kakaolu biskviti, banan dilimləri və yüngül kremi ilə seçilən köstəbək tortunu evdə asanlıqla hazırlamaq mümkündür.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Biskvit üçün: 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan süd, yarım stəkan duru yağ, 2 xörək qaşığı kakao, 1 paket qabartma tozu, 1 paket vanilin, 2 stəkan un.

Krem və içlik üçün: 2 paket krem şanti, 1,5 stəkan soyuq süd, 1 stəkan damla şokolad, 2 ədəd banan.

Hazırlanma qaydası

Biskvitin hazırlanması: Yumurtalarla şəkər tozunu köpüklənənə qədər çırpın. Süd və duru yağı əlavə edib qarışdırın. Ələnmiş un, kakao, qabartma tozu və vanilini qataraq hamar xəmir alın. Yağlanmış yumru soba qabına töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin (çöplə bişməsini yoxlayın) və soyumağa qoyun.

Kremin hazırlanması: Krem şantini soyuq südlə qatılaşana qədər çırpın, içinə damla şokolad əlavə edib spatula ilə qarışdırın. Bananları soyub dilimləyin.

Soyumuş biskvitin orta hissəsini kənarlarına toxunmadan ehtiyatla oyun və çıxardığınız hissələri bir kənara ayırın. Oyulmuş hissənin dibinə banan dilimlərini düzün, üzərinə kremi günbəz formasında yayın.

Kənara ayırdığınız biskvit parçalarını əlinizlə ovxalayaraq kremin üzərini tam örtəcək şəkildə səpin. Tortu soyuducuda ən azı 2-3 saat saxladıqdan sonra dilimləyib süfrəyə verin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.