Ölkə

Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)

26 Noyabr 2026 00:47
Baxış: 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" - "Barselona" futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.

Milli.Az xəbər verir ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin mənzilbaşına çatanadək ictimai asayişin qorunması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirəcəklər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.